İDMAN


Taekvondo üzrə məşqçi-müəllimlər üçün seminar təşkil olunub

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Taekvondo Federasiyasında (ATF) məşqçi-müəllimlər üçün seminar təşkil olunub.

ATF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminara Bakı şəhəri və bölgələrimizdə fəaliyyət göstərən taekvondo bölmə və klubların məşqçiləri qatılıblar. Seminar Dünya Taekvondo Federasiyası tərəfindən qəbul edilən yeni qaydalarla bağlı təşkil edilib.

ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, texniki direktor Oh Kvang Çeol seminar iştirakçılarına taekvondo üzrə artıq yarışların başladığını və yeni qaydaların gələcək yarışlarda tətbiq ediləcəyini bildiriblər. Vurğulanıb ki, seminarların ardıcıl olaraq keçirilməsi vacibdir.

Daha sonra ATF-in baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev qaydalar haqqında məşqçi-müəllimlərə geniş məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.