CƏMİYYƏT


FHN-in Cənub Regional Mərkəzi yanğın təhlükəsizliyi ilə bağlı davranış qaydalarına dair nəzəri-praktiki tədbir keçirib

Bakı, 25 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsi ilə Regional Mərkəz arasında fövqəladə hallar zamanı baş verə biləcək hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində razılaşdırılmış qarşılıqlı fəaliyyət planına uyğun olaraq fövqəladə hallar zamanı, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı davranış qaydalarına dair nəzəri-praktiki tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda 112 - qaynar xətti barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib.

Sonra hərbi hissənin həyətində davam etdirilən praktiki məşğələ zamanı hərbi hissənin ştatdankənar yanğınsöndürmə komandası tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə odsöndürücü balonlar və digər əlaltı vasitələrlə yanğın ocağının praktiki olaraq söndürülməsi, eyni zamanda, şərti olaraq baş vermiş yanğın zamanı xəsarət alanların təhlükəsiz əraziyə təxliyə edilərək, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi hərəkətləri yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.