ELM VƏ TƏHSİL


Təhsil Nazirliyinin saytında “Sənədlər” bölməsi yenilənib

Bakı, 25 may, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə nazirliyin rəsmi internet səhifəsində “Sənədlər” bölməsi yenilənib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni bölmədə Təhsil Nazirliyinin fəaliyyət istiqamətlərinə aid hüquqi sənədlərin müxtəlif təhsil pillələri və normativ hüquqi aktların növlərinə görə bölgüsü aparılıb. Bu funksiya saytın istifadəçilərinə lazımi sənədin tapılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. Həmçinin bəzi sənədlərə tez-tez əlavə və dəyişikliklər edildiyi üçün onların son versiyalarının daha operativ əldə edilməsi üçün normativ-hüquqi aktların vahid elektron bazası olan e-qanun.az saytına birbaşa keçid verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.