DÜNYA


Avropa İttifaqı rusiyalı biznesmenlərə məxsus 10 milyard avroluq aktivləri dondurub

Bakı, 25 may, AZƏRTAC

Avropa İttifaqı Ukrayna ətrafında yaranan vəziyyətlə bağlı Moskvaya tətbiq etdiyi sanksiyalar çərçivəsində rusiyalı biznesmenlərə məxsus 10 milyard avroluq aktivləri dondurub.

AZƏRTAC xəbər verir ki, DPA agentliyi bu barədə Avropa Komissiyasının sənədlərinə istinadla məlumat yayıb. Məlumata görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda rusiyalı sahibkarlar ümumi dəyəri 10 milyard avroya çatan dəbdəbəli yaxtalardan, daşınmaz əmlakdan və digər aktivlərdən məhrum olub.

Həmçinin Avropa Komissiyası mayın 25-də Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə icazə verən qanun layihəsini təqdim etməlidir. Bu vəsait Ukraynada infrastrukturun bərpası üçün istifadə oluna bilər.

Bir müddət öncə Avropa Komissiyasının sədri Ursula von der Lyayen Ukraynanın bərpası üçün hətta dondurulmuş aktivlərindən istifadə edilə biləcəyini vurğulamışdı.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.