SİYASƏT


Ermənistan Azərbaycanın qoyduğu şərtləri vaxt itirmədən qeyd-şərtsiz qəbul etməlidir

Bakı, 25 may, AZƏRTAC

Mayın 22-də baş tutan Brüssel görüşü Azərbaycan Prezidentinin siyasi və diplomatik fəaliyyətinin məntiqi davamının nəticəsində həyata keçirilən vacib görüşdür. Prezident İlham Əliyev hər zaman tələblərini ortaya qoyub və haqlı mövqeyimizi yüksək səviyyədə müdafiə edib. Onun liderliyi, peşəkarlığı sayəsində ölkəmiz diplomatik müstəvidə layiqincə təmsil olunub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov söyləyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və onun başçısının gücünü göstərdi. Məhz bunun nəticəsində Azərbaycan şərtləri diktə edən tərəfə çevrilib. Bizim əsas amalımız isə sülhün əldə olunmasıdır. Bu da regionun inkişafı, vətəndaşların əmin-amanlığı üçün əsas şərtdir. Sülh təbliğatçısı missiyasını həyata keçirən Azərbaycan dövləti regionda sülhün təminatçısı ola biləcək ölkədir. Azərbaycan tərəfinin şərt və istəkləri bizim haqlı mövqeyimiz olmaqla yanaşı, ümumilikdə regionun inkişafına yönəlib. Brüssel görüşündə əldə olunan nəticələr də bunu sübut edir.

Deputat qeyd edib ki, sonuncu üçtərəfli görüş Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə 3-cü müzakirəsi idi. Avropa İttifaqının vasitəçiliyinin səmərəliliyinə gəldikdə isə Prezident İlham Əliyev Şarl Mişelin iki ölkə arasında sülh müqaviləsinin hazırlanması, münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini ifadə etdi. Görüşün nəticəsində bir sıra məsələlərlə bağlı razılıqların əldə edilməsi sülh müqaviləsinin imzalanmasının yaxın zamanlarda baş tutacağına əminlik yaradır. Sərhəd məsələləri, nəqliyyat əlaqələrinin açılması, sülh sazişinə dair məsələlərin müzakirəsi istiqamətində əldə olunan razılıqlar Brüssel görüşünün məhsuldarlığını göstərir. Prezident İlham Əliyev ölkəyə geri döndükdən sonra Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. Ermənistanın baş naziri də eyni mahiyyətli sənədi imzalayaraq işlərə başlayıb. Bu hal görüşdə müsbət nəticələrin əldə olunmasına işarə edir.

“Sülh sazişinin imzalanması bütövlükdə regionun inkişafına böyük fayda verəcək. Qarşı tərəf Azərbaycanın humanizm dəyərlərinə əsaslanaraq yaratdığı şansdan düzgün şəkildə faydalanmağı bacarsa bununla regionda uzunmüddətli sülhün təmin edilməsinə nail olunacaq. Bu da öz növbəsində yeni imkanlar yaradacaq. Azərbaycan tərəfi milliyyətindən, mənsubiyyətindən asılı olmayaraq insanların rahat yaşamasına səbəb olacaq addımlar atacaq. Ermənistan vaxt itirmədən Azərbaycanın qoyduğu şərtləri qeyd-şərsiz qəbul etməli və prosesin sürətlənməsində töhfələr verməli, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”, - deyən Şahin İsmayılov fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.