Azərbaycan Dövlət İnformasiya Agentliyi

Brüssel görüşü Azərbaycanın dəyişməyən mövqeyini bir daha təsdiqlədi

Brüssel görüşü Azərbaycanın dəyişməyən mövqeyini bir daha təsdiqlədi

Bakı, 25 may, AZƏRTAC

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü zamanı müzakirə edilən məsələlər, həmçinin əldə olunan razılaşmalar bölgədə sülhün yaranması istiqamətində atılan növbəti addımdır.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Deputat deyib ki, sülhə nail olmaq üçün tərəflərin reallığı düzgün dəyərləndirməsindən çox asılıdır. Dövlətimizin başçısı Vətən müharibəsindən dərhal sonra sülh razılaşması məsələsini gündəmə gətirdi, bununla bağlı təkliflərini geniş ictimaiyyətə açıqladı. Ermənistandan fərqli olaraq, sistemli və ardıcıl yanaşma nümayiş etdirdi. Lakin qarşı tərəf hər dəfə süni maneələr yaradaraq prosesi uzadır. Burada diqqət çəkən bir neçə məqam var: onlardan birincisi, Ermənistan müstəqil siyasət apara bilirmi? İkincisi, Ermənistan hökuməti öz cəmiyyətinə, vətəndaşlarına yeni reallığı qəbul etdirməyi bacarırmı? Ermənistanda baş verən hadisələr, ictimai-siyasi proseslər, baş nazir Paşinyanın və Ermənistan hökumətinin digər rəhbərlərinin çıxışları, verdikləri bəyanatlar bir daha göstərir ki, sülh prosesinə maneə yaratmaq üçün Ermənistan bütün imkanlardan istifadə edir. Lakin bu da bir həqiqətdir ki, bu yanaşma ilə Ermənistan hər keçən gün öz vəziyyətini daha da mürəkkəbləşdirir.

H.Hüseynova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi nəticəsində Ermənistana təzyiq daha da güclənir. Mayın 22-də Brüssel formatı çərçivəsində danışıqların nəticəsilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin verdiyi bəyanat bunun bariz nümunəsidir. Bu görüşdə liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə anlaşıblar və yaxın həftələrdə xarici işlər nazirlərinin başçılığı ilə nümayəndə heyətləri bu prosesi həyata keçirəcəklər. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın təklif etdiyi sənəd əsas götürülür. Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində Brüsseldə keçirilən görüş barədə məlumat verərkən qeyd edib. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan təqdim olunan beş prinsip əsas götürülür. Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü beş təməl prinsipi BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və dünyada mövcud olan beynəlxalq təcrübəyə, eləcə də sivil davranış normalarına əsaslanır.

Bəyanata əsasən, əldə olunan anlaşmaya əsasən sərhəd məsələləri ilə bağlı komissiyaların birinci birgə iclasında dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq və delimitasiya, sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər müzakirəyə çıxarılacaq. Artıq danışıqların ilkin nəticəsi olaraq Prezident İlham Əliyev mayın 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalandı. Dövlət Komissiyasının tərkibi müəyyən olundu. Oxşar sənədi Ermənistanın baş naziri Paşinyan da imzalayıb.

Həmçinin kommunikasiya, nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəlinib və yaxın günlərdə baş nazirlərin müavinləri bu işlə məşğul olacaqlar. Burada vacib məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edilməsidir. Prezident Şarl Mişelin bəyanatına əsasən, iyul-avqust aylarına planlaşdırılan növbəti görüşə qədər kommunikasiyaların açılması istiqamətində daha konkret ikitərəfli müzakirələr aparılacaq, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və başqa məsələlərlə bağlı irəliləyişlər baş verəcək. Eyni zamanda, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə müzakirələr intensivləşəcək, əldə olunan razılaşmaların gerçəkləşməsi ilə bağlı proses daha fəal mərhələyə keçəcək.

“Avropa İttifaqının əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə etməsi də təqdir olunmalı məqamdır və rəsmi Bakı hər zaman bu məsələ ilə bağlı işlərin aparılmasına dəstək verib. Üçtərəfli görüşdə humanitar sahədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də yenidən müzakirə olunub ki, bunlar da xüsusi önəm daşıyan məqamlardır. Dövlətimizin başçısı bütün səviyyələrdə, görüş və tədbirlərdə Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşlarımızla bağlı məsələni səsləndirir, dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edir. Əlbəttə, danışıqların əsas mövzularından biri də həmin insanların taleyidir. Məlumdur ki, Ermənistan hər dəfə bu məsələdən yayınır. Çünki beynəlxalq aləm onların əsl simasını görəcək, insanlığa yaraşmayan cinayətlərin üstü açılacaq. Həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinin sürətləndirilməsi də müzakirə olunan məsələlər sırasındadır. Qarşı tərəfin təqdim etdiyi xəritələrin böyük faizi səhvdir, eyni zamanda, bu sahədə Azərbaycana lazımi dəstək göstərilmir”, - deyə deputat vurğulayıb.

Bildirilib ki, Avropa İttifaqı Şurasının Prezidenti bu dəfə də “Dağlıq Qarabağ münaqişəsi”, “Minsk qrupu”, həmçinin erməni rəsmiləri kimi “status məsələsi” ifadələrini işlətmədi. Şarl Mişel “Qarabağın etnik erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunmasının vacibliyini” vurğuladı. Lakin Şarl Mişel "Dağlıq Qarabağ" yox, “Qarabağ”, “xalq” yox, “Qarabağın erməni əhalisi” dedi. Bu, olduqca vacib məqamdır. Çünki öz müqəddəratını təyin etmə prinsipi ancaq xalqlara aiddir. Azərbaycan dövləti həmişə öz erməni əsilli vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan edib.

“Beş saat davam edən Brüssel görüşünün nəticələri Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Ölkəmiz postmüharibə dövründə irəli sürdüyü təkliflərə sadiqdir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ümid edirik ki, Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini bilən Ermənistan da üzərinə düşən vəzifələri yerinə yetirmək üçün real addımlar atacaq və normallaşma prosesini süni şəkildə uzatmaqdan çəkinəcək”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hər foto bir zamanın izini qoyur - Ümumdünya Fotoqraflar Günündə peşəkar fotoqrafla SÖHBƏT

Beyləqanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb

ABŞ məhkəməsi Prezidentin doğum hüququ əsasında vətəndaşlığı qadağan edən fərmanını bloklayıb

Səbrin sonuncu damlası - Tovuz döyüşləri

Danimarkada qadınlar məcburi hərbi xidmətə cəlb ediləcək

İsmayıllıda zəlzələ olub

İyulun 12-si Ümumdünya Fotoqraflar Günüdür

Avstriya telekanalı Çexiya bazarlarını “silah həvəskarları üçün cənnət” kimi xarakterizə edib

Ağ ev federal səviyyədə kütləvi ixtisar planlarını nəzərdən keçirir

Çində satılan hər 100 avtomobildən 44-ü elektromobildir

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub

Gürcüstanda yaşayan soydaşlarımıza bədii kitablar verilib

Van İ: ABŞ Çinə bərabər, hörmətli və qarşılıqlı faydalı şəkildə davranmalıdır

Deputatların təşəbbüsü ilə vəkillər daha 5 rayonda vətəndaşlara hüquqi yardım göstəriblər

Almaniyada sərnişin avtobusu aşıb, altı nəfər xəsarət alıb

"Azərişıq" ASC-nin keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

"Beşiktaş" Orkun Kökçü üçün "Benfika" ilə danışıqlara başlayıb

"Atletiko"nun sabiq futbolçusu "Turan Tovuz"a keçib

"Qarabağ" növbəti transferini həyata keçirib

Almaniya hökuməti sualtı qayıqlar istehsalı şirkətində təhlükəsizlik maraqlarını gücləndirmək niyyətindədir

Marneulidə soydaşlarımıza təmənnasız hüquqi yardım göstərilir

Laçında ceyran balasına süd verərkən görüntülənib

ABŞ-ın tətbiq etdiyi yeni qəhvə tarifləri Braziliya bazarını silkələyib

Dağıstanında sudan kütləvi zəhərlənmədən sonra kommunal təsərrüfat rəhbəri həbs edilib

Mariam Kvrivişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu

Yaponiya, ABŞ və Cənubi Koreya Pxenyana qarşı əməkdaşlığı bir daha təsdiqləyib

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

Azərbaycan əraziləri Ermənistanın işğalı altında olan zaman əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ

“Volkswagen” şirkəti ilk dəfə olaraq Çindəki zavodlarından birini bağlayır

"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi

Milli Məclisin sədri Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib

Ölkə və beynəlxalq arenalarda uğur qazanan Naxçıvan idmançıları mükafatlandırılıb

Əcnəbilərin Gürcüstanda qalmaq şərtləri dəyişir

Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO

Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO

YAP-ın təşkilatçılığı ilə “Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzi ilin ilk yarısını uğurla başa vurub

Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub

Bişkekdə “Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarının təqdimatı keçirilib

UNESCO-da Azərbaycanın mədəni irs abidələrini qorumasından danışılıb

“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb

Tural Gəncəliyev: Sülhə aparan ən uğurlu yol vasitəçilərsiz, təkbətək formatlı danışıqlardır

Londonda 17 mərtəbəli binada yanğın başlayıb

Süleymaniyyədə PKK terrorçularının tərk-silah prosesinin ikinci mərhələsi olacaq

Dünya səyyahları Laçında yaradıcılıq mərkəzləri ilə tanış olublar  YENİLƏNİB FOTO

Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib

Koalisiya hökumətində yer alan partiyalar arasında Konstitusiya Məhkəməsinə hakim təyinatı məsələsində fikir ayrılığı yaranıb

Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO

Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO

“Əkinçi” qəzetinin 150 illiyinə ithaf olunmuş kitab nəşr edilib

“Trabzonspor”un anlaşdığı futbolçu Türkiyəyə gəlib

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,6 milyard manatlıq məhsul satılıb

Xocasəndə 20 yaşlı qızın binadan yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının hakimləri bəlli olub

İqtisadi Şuranın iclası keçirilib

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

Deputat: Azərbaycan və Ermənistan yekun sülhə bir qədər də yaxınlaşdı

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda iyul ayının pensiyaları ödənilib

Növbəti depozit hərracları keçirilib

Yanvar-may aylarında Azərbaycan 161 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

AQTA: Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

“Roma” qapıçısı ilə müqavilənin müddətini uzadıb

Bakı, Sumqayıt, Lənkəran və Xaçmazda ağac və kolların qanunsuz kəsilməsi faktları aşkarlanıb

TƏBİB: Bakı, Sumqayıt və Abşerondakı nümunəvi tibb müəssisələrinin region xəstəxanalarına dəstək göstərməsi nəzərdə tutulub

Bakı şəhərinin Baş planının icrası istiqamətində görülən işlər müzakirə edilib

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Fərdi sahibkarların sayı 1 milyon 416 mini ötüb

Dünya Seriyası: Azərbaycan millisinin Sinqapur və Ukrayna ilə oyunlarının saatı bəlli olub

Bank və digər kredit təşkilatlarının kredit portfeli 13,9 faiz artıb

Bakıda “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib VİDEO

Bakıda “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib VİDEO

Birinci yarımildə hər sakin orta hesabla 670,7 manatlıq ödənişli xidmətlərdən yararlanıb

AAYDA sədri Kəlbəcər rayonunda həyata keçirilən yol layihələrinə baxış keçirib

Ölkədə 62 milyard manatlıq ÜDM istehsal olunub

Əhalinin nominal gəlirləri artıb

Sifariş başqa, gələn başqa? Yeni texnologiya bu problemi həll edir VİDEO

Sifariş başqa, gələn başqa? Yeni texnologiya bu problemi həll edir VİDEO

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi VİDEO

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi VİDEO

Əmanətlərin 67,3 faizi milli valyutada qoyulub

Komitə sədri Balakəndə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Roma şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında təmsil olunub

Sənayedə qeyri-dövlət sektorunun payı 79,8 faiz olub

"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb

4SİM-in icraçı direktoru: "Sənaye 4.0" ekosistemi üçün beynəlxalq tərəfdaşlıqlar genişləndirilir

Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət edən Monitorinq qrupu yaradılır

Ağdam Sənaye Parkında dəmir qapı istehsalı müəssisəsi yaradılacaq

“AccessBank” və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü

Laçından ilk dəfə poçt vasitəsilə İrlandiyaya məktub göndərilib

FHN avtomobil ehtiyat hissələri mağazasının fəaliyyətini dayandırıb

Ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib VİDEO

Ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib VİDEO

BMU ilə Tsinghua Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub

“Yay Fest 2025”in ilk həftəsi başa çatıb

XİN Azərbaycan nümayəndəsinin ICDO-nun Baş katibi vəzifəsinə seçilməsinə dair məlumat yayıb

Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib

ABŞ və Britaniya aeroportlarında yoxlama zamanı bəzi məhdudiyyətlər aradan qaldırılıb

“Kəlağayı” layihəsinin rəhbəri: Hər birimiz şəhid analarına borcluyuq

Azərbaycan kino sənayesinin təkcə regionda deyil, beynəlxalq miqyasda da tanıdılması hədəflənir

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

UNESCO: İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanda nikahların sayı artıb

Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək komandalar məlum olub

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında hesabatlar dinlənilib