SİYASƏT


ABŞ-ın iki şəhərində 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib

Bakı, 25 may, AZƏRTAC

ABŞ-ın Şimali Karolina ştatının Keri və Şarlotta şəhərlərində 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Keri şəhərinin meri Harold Vaynbrext və Şarlotta şəhərinin meri Aleksandr Layles bununla bağlı bəyannamə imzalayıblar.

Bəyannamədə bildirilib ki, Azərbaycan əsilli amerikalılar 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümünü qeyd edirlər. Sənədlərdə Azərbaycanla mədəni, iqtisadi, elm və təhsil sahələrində əlaqələrin qurulmasında, eləcə də Keri və Şarlotta şəhərlərindəki mədəniyyətlərarası anlaşmaya töhfə verən Azərbaycan icmasının fəaliyyəti yüksək qiymətləndirilib.

Merlər yerli ictimaiyyəti bu bayrama qoşulmağa və Azərbaycan icmasının sevincinə şərik olmağa çağırıblar.

Qeyd edək ki, bəyannamə Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.