İDMAN


“Sumqayıt” mövsümü 6-cı pillədə bitirib

Sumqayıt, 26 may, AZƏRTAC

Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümü başa çatıb. “Sumqayıt” futbol klubu mövsümü 22 xal toplayaraq, 6-cı pillədə bitirib.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çempionatın ilk yarısında klubu Ayxan Abbasov çalışdırıb. 15-ci turdan sonra komanda belaruslu mütəxəssis Aleksey Baqaya həvalə edilib.

“Sumqayıt” qalan 28 qarşılaşmada 5 qələbə, 7 heç-heçə və 16 məğlubiyyətə imza atıb. Bu oyunlarda komanda 22 qol vurub və qapısından 46 top buraxıb.

Arxada qalan mövsümdə “Sumqayıt”ın heyətində ən çox forma geyinmiş futbolçular – Rüfət Abdullazadə (27 oyun, 1531 dəq.), Höccət Haqverdi (25 oyun, 2250 dəq.), Vüqar Mustafayev (25 oyun, 2202 dəq.) və Cəmaləddin Xocaniyazov (25 oyun, 2111 dəq.) olublar.

Mövsümün yekununda “Sumqayıt”ın ən çox qol vuran futbolçusu adına 2 futbolçu namizəddir: Rəhim Sadıxov (24 oyun, 1963 dəq.) və Əli Qurbani (23 oyun, 1730 dəq.) - hərəyə 5 qol.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.