CƏMİYYƏT


Azərbaycanlı terapevt Qazaxıstanda iltihabi bağırsaq xəstəliklərinə həsr edilmiş forumda iştirak edib

Bakı, 26 may, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində keçirilən iltihabi bağırsaq xəstəliklərinə həsr edilmiş VI Milli forumda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva iştirak edib.

İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, üç gün davam edən forumda iltihabi bağırsaq xəstələrində neoplaziyalar-displaziyalar yarandığı dövrdə “yol xəritəsi”nin təşkili, orta tibb personalının xüsusi hazırlığı ilə əlaqədar çıxışlar və müzakirələr, xəstəliyin yeni diaqnostika və müalicə prinsipləri, multidistiplinar yanaşma və ekstaintestinal problemlər ilə əlaqəli Azərbaycan, Almaniya, İtaliya, İsveç, Cənubi Koreya, Rusiya və Qazaxıstan alimlərinin tədqiqatlarının nəticələri dinlənilib.

Həmyerlimiz forumda panellərdən birinin moderatoru olub və məruzə ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.