CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti Qətərdə keçirilən “Milipol 2022” sərgi-konfransında iştirak edir

Qahirə, 26 may, AZƏRTAC

Doha şəhərində Qətər Dövlətinin Əmiri Şeyx Tamim bin Hamad Al-Taninin himayəsi altında növbəti “Daxili təhlükəsizlik və mülki müdafiə - “Milipol 2022” sərgi-konfransı keçirilir. Bu gün başa çatacaq ikigünlük tədbirdə bir sıra ölkələri, o cümlədən Qətəri təmsil edən şirkətlər daxili təhlükəsizlik və mülki müdafiə sahəsində yüksək texnologiyalara əsaslanan məhsul və xidmətlərini nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, sərgi-konfransda Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini İsmət Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Tədbir çərçivəsində nümayəndə heyətinin rəhbərini Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə Al-Tani qəbul edib. Görüş zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə olan əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, müvafiq dövlət qurumları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nazir müavini İsmət Əliyev və Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov sərgidə təmsil olunmuş şirkətlərin stendləri ilə tanış olub, maraq doğuran məhsullarla bağlı məlumat əldə ediblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.