DÜNYA


Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Ankara, 26 may, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, mayın 26-da Prezident Administrasiyasında keçirilən iclasda beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

İclasla bağlı açıqlamada bildirilir ki, ölkənin cənub sərhədlərində həyata keçirilən və ya aparılacaq əməliyyatlar qonşu ölkələrin ərazi bütövlüyünü hədəf almır, milli təhlükəsizlik zərurətindən irəli gəlir.

Vurğulanır ki, beynəlxalq ittifaqlarda müttəfiqlik ruhuna hər zaman uyğun hərəkət edən Türkiyə müttəfiqlərindən də eyni məsuliyyəti və səmimiyyəti gözləyir. “Terrora dəstək verərək beynəlxalq hüququ pozan ölkələri buna son qoymağa və Türkiyənin təhlükəsizliklə bağlı həssaslığını nəzərə almağa çağırdıq”, - deyə açıqlamada qeyd olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.