SİYASƏT


Nazir: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına böyük önəm verir

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində “Afrika Günü” ilə bağlı konfransa ev sahibliyi edir. Azərbaycan hər zaman Afrika ölkələri ilə münasibətlərin inkişaf etməsinə böyük önəm verir. Xüsusilə 2019-cu ildən etibarən Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bu istiqamət artıq prioritet məsələlərdən birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

O bildirib ki, dünyada COVID-19 pandemiyası dövründə Azərbaycan həm milli səviyyədə, eyni zamanda, Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizəyə dəstək üçün bir sıra tədbirlər həyata keçirib. Buraya dünyada ümumilikdə 80-ə yaxın ölkəyə humanitar və maddi yardımların göstərilməsi daxildir. Nazir qeyd edib ki, Azərbaycan Afrikada təhsil proqramlarının dəstəklənməsi, qızların təhsili ilə bağlı UNESCO ilə birgə xüsusi layihələr həyata keçirib.

“Azərbaycanın sədrliyi çərçivəsində Qoşulmama Hərəkatında digər təşəbbüslər də irəli sürülüb. Bu təşəbbüslərdən biri Hərəkatın tarixində ilk dəfə 2021-ci ildə Qoşulmama Hərəkatının üzv dövlətlərinin gənclər şəbəkəsinin yaradılması idi. Afrika ölkələri dünyada ən çox gənc insana sahib olan ölkələrdir. Ümumilikdə isə dünya gənclərinin təxminən 90 faizi inkişafda olan ölkələrdədir və onların böyük bir hissəsi Qoşulmama Hərəkatının üzvləridir. Hesab edirəm ki, gənclərin Qoşulmama Hərəkatı kimi böyük bir platformada birləşməsi və Hərəkatda gənclər şəbəkəsinin yaradılması Azərbaycanın sədrliyinin təşkilatın inkişafına töhfəsidir”, - deyə Ceyhun Bayramov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.