MƏDƏNİYYƏT


“Ceyran” ansamblı Tbilisidə keçirilən festivalda uğurla çıxış edib

Tbilisi, 27 may, AZƏRTAC

Tbilisidə Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş Beynəlxalq Televiziya Xeyriyyə Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Gürcüstan, Almaniya, Polşa, Ermənistan və İran dövlətlərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Tbilisidə fəaliyyət göstərən “Ceyran” ansamblı Azərbaycan rəqslərini təqdim edib.

Tədbirin açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Eldar Bayramov çıxış edərək gürcü xalqını müstəqillik günü münasibətilə təbrik edib, onlara sülh və firavanlıq arzulayıb.

“Ceyran” rəqs qrupu “Xarıbülbül”, “Uzundərə”, “Qarabağ” mahnılarını ifa ediblər.

Azərbaycan milli rəqsləri alqışlarla qarşılanıb.

Münsiflər heyətinin qərarı ilə “Ceyran” ansamblı kubok qazanıb.

Ansamblın üzvləri isə medallar və sertifikatlarla mükafatlandırılıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.