REGİONLAR


Laçın rayonu üzrə heyvandarlıq məhsullarının istehsalı artıb

Ağcabədi, 27 may, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır.

Laçın rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2022-ci ilin yanvar-aprel aylarında rayon üzrə heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Belə ki, ilin dörd ayında rayonda 7434 sentner ət, 79 min 813 sentner süd, 1053 sentner yun və 1575 min ədəd yumurta istehsal edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 16,2 faiz, süd istehsalı 57,8 faiz, yumurta istehsalı 5 faiz, yun istehsalı isə 12,5 faiz çoxalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.