CƏMİYYƏT


Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində partaların təmiri üzrə emalatxana qurulacaq

Bakı, 27 aprel, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın bölgələrində ümumtəhsil məktəblərinin infrastrukturunun və maddi-texniki bazasının yenilənməsi işləri davam etdirilir. Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin sinif otaqları üçün hər il təxminən 70 min parta alır. Bununla yanaşı, hər il həm də minlərlə partanın təmirə ehtiyacı yaranır. Buna görə də bugünkü əmək bazarında məhz partaların yığılması, əsasən də təmiri ilə məşğul olan peşə təhsilli ustalara və emalatxanaya ehtiyac var.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Etibar Sadıqov deyib.

“Hazırda Mərkəzimiz yenidən qurulur, infrastrukturu və maddi-texniki bazası müasirləşdirilir. Bu, Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində ayrı-arı peşələr üzrə daha yeni ixtisasların açılmasını zəruri edir. Məqsədimiz əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadrlar yetişdirmək və onların işlə təmin olunmasına şərait yaratmaqdır. Görülmüş işlər çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində məhz partaların təmiri emalatxanası yaradılacaq və bu ixtisası mənimsəmiş peşə təhsilli kadrlar hazırlanacaq”,- deyə Etibar Sadıqov qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.