ELM VƏ TƏHSİL


Gəncə-Daşkəsən bölgəsinin ibtidai sinif müəllimləri sertifikatlaşdırma prosesinə dair məlumatlandırılıblar

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Gəncə şəhərində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə tabe bölgələrin bir qrup ibtidai sinif müəllimi ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Gəncə, Samux, Göygöl, Daşkəsən, Goranboy və Naftalan üzrə ümumi təhsil müəssisələrində çalışan direktor və ibtidai sinif müəllimləri iştirak edib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkil olunmasından bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.