İDMAN


Azərbaycan Həndbol Federasiyasının təşkil etdiyi seminara yekun vurulub

Bakı, 28 may, AZƏRTAC

Azərbaycan Həndbol Federasiyasının (AHF) hakim vəzifəsinə namizədlərin seçilməsi üçün təşkil etdiyi seminara yekun vurulub.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar hakimlik və yarış qaydalarında olan yenilikləri iştirakçıların diqqətinə çatdırmaq məqsədi daşıyır.

Sonda 30-a yaxın namizəd imtahan verib.

Fərqlənənlərə AHF-in sertifikatlarını təqdim edən Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurov və həndbol üzrə Olimpiya çempionu Lyudmila Şubina onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İki gün davam edən seminarın lektorları beynəlxalq dərəcəli hakimlər İsgəndər Əsgərov, Ələkbər Ağakişiyev, Vaqif Əliyev və Ernest Ağakişi olub.

AHF tərəfindən analoji seminarların davamlı olaraq təşkil olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.