DÜNYA


Avstriyanın Federal Kansleri Karl Nehammer və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub

Vyana, 28 may, AZƏRTAC

Avstriyanın Federal Kansleri Karl Nehammer və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, telefon danışığında əsas mövzular ərzaq məhsullarının ixracı üçün “yaşıl dəhliz”lərin təşkili və əsirlərin dəyişdirilməsi olub.

Avstriya Federal Kansler Aparatından verilən məlumata görə, tərəflər arasında “ciddi və intensiv” danışıq baş tutub. 45 dəqiqə davam edən telefon danışığında Ukraynadakı vəziyyətlə yanaşı, Ukrayna məhsullarının Qara dənizdəki limanlar vasitəsilə daşınmasına şərait yaradılmasından bəhs edilib.

K.Nehammer bildirib ki, Ukrayna məhsullarının ixracı üçün V.Putin tərəfindən müsbət siqnallar verilib. Eyni zamanda, əsirlərin mübadiləsi prosesinin intensivləşdirilməsi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin hərbi əsirlərlə sərbəst əlaqəsinə vəd verilib. Rusiya tərəfi müvafiq şəraitin Ukraynadakı rusiyalı əsirlər üçün yaradılmasını tələb edib.

Telefon danışığında Rusiya tərəfinin qaz tədarükünə dair şərtlərin tam həcmdə icra olunacağı vurğulanıb.

K.Nehammer mətbuat açıqlamasında ölkəsinin neytrallıq statusundan istifadə edərək, münaqişə tərəfləri arasında vasitəçilik etməkdə və aktiv neytrallıq siyasəti yürütməkdə maraqlı olduğunu ifadə edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.