CƏMİYYƏT
Qusarçayın Kuzun məntəqəsində suyun səviyyəsində 18 santimetr azalma müşahidə olunub
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də Lənkəran-Astara bölgəsindən axan Viləşçayın Şıxlar məntəqəsində suyun səviyyəsi 3, Təngərüdçayın Vaqo və Lənkərançayın Sifidor, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar və Şəmkirçayın Qalakənd məntəqələrində 1, Kürəkçayın Çaykənd məntəqəsində 2 santimetr azalıb. Gəncəçayın Zurnabad məntəqəsində suyun səviyyəsi dəyişməyib, Böyük Qafqazın ərazisindən axan Qusarçayın Kuzun məntəqəsində suyun səviyyəsində 18 santimetr azalma, Vəlvələçayın Təngəaltı məntəqəsində isə 8 santimetr artım müşahidə edilib.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi 283 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 47 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 77 faiz çoxdur. Məntəqədə orta su sərfi iyunun 7-də saniyədə 268 kubmetr, maksimal su sərfi iyunun 7-si saat 08:00-da 280 kubmetr/saniyə təşkil edib.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 15 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 112 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 57 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 8 faiz çoxdur. Məntəqədə orta su sərfi iyunun 7-də 93,5 kubmetr/saniyə, maksimal su sərfi iyunun 7-si 08:00-da saniyədə 94 kubmetr təşkil edib.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalaraq 405 santimetr olub. Su sərfi isə saniyədə 160 kubmetr təşkil edib. Məntəqədə orta su sərfi iyunun 7-də 163 kubmetr/saniyə və maksimal su sərfi iyunun 7-si saat 08:00-da saniyədə 164 kubmetrə bərabər olub.
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 205 santimetr olub. Məntəqədə orta səviyyə iyunun 7-də 204, maksimal səviyyə isə iyunun 7-si saat 20:00-da 205 santimetr təşkil edib.
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 9 santimetr azalaraq 126 santimetr, su sərfi isə 81,6 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyunun 7-də saniyədə 85,3 kubmetr, maksimal səviyyə isə iyunun 7-si saat 08:00-da 87,8 kubmetr/saniyəyə bərabər olub.