İDMAN


Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək heyəti müəyyənləşmişdir

Bakı, 14 iyun (AZƏRTAC). Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək heyəti müəyyənləşmişdir.

AZƏRTAC xəbər verir ki, iyulun 15-21-də Meksikanın Puebla şəhərində keçiriləcək yarışda kişi və qadın yığmalarımız tam heyətlə iştirak edəcəklər.

Belə ki, millimizin baş məşqçisi Ələkbər İmaməliyev yarışa yollanacaq heyətə Mikayıl Əliyev (54 kq), Maqomedyasi İbrahimov (58 kq), Fariz Əliyev (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənlini (87 kq-dan yuxarı) daxil etmişdir.

Qadınlardan ibarət milli komandamızın baş məşqçisi Gündüz Abdullayev isə dünya çempionatında Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Səbinə Ağakişiyeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Qorbaçeva (63 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevaya (73 kq) şans verəcəkdir.

Qeyd edək ki, komandamız hazırda Qəbələdə təlim-məşq toplanışındadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.