İDMAN


İraq millisinin 19 yaşlı üzvü "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb

Bakı, 29 iyun, AZƏRTAC

Futbol üzrə İraq millisinin üzvü Zidan İkbal "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Z.İkbal Mançester təmsilçisinin heyətində çıxış edən ilk cənubi asiyalı futbolçudur. Yarımmüdafiəçi ilə 2025-ci ilin iyun ayınadək anlaşma əldə olunub.

Futbolçu "Mançester Yunayted"in heyətində ötən il Çempionlar Liqası çərçivəsində İsveçrənin "Yanq boyz" klubu ilə oyunda debüt edib. İraqlı yarımmüdafiəçi həmin matçın sonunda meydana çıxıb.

Z.İkbal "Mançester Yunayted"in heyətində İngiltərə Premyer Liqasında hələ mübarizə aparmayıb.

Qeyd edək ki, 19 yaşlı futbolçu İraq millisinin heyətində iki dəfə meydana çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.