İQTİSADİYYAT


Azərbaycan və İran arasında Araz su anbarının iş rejimi və su bölgüsü müəyyənləşdirilib

Bakı, 30 iyun, AZƏRTAC

İranın Təbriz şəhərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 51-ci görüşünün Protokol layihəsinin müzakirəsi keçirilib.

Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdiri Elçin Məmmədov və sektor müdiri Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, görüşdə bir sıra məsələlər müzakirə olunub. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.

Qeyd edək ki, Azərbaycan-İran Birgə Komissiyasının 52-ci görüşünün Protokol layihəsinin müzakirəsi gələn il Bakı şəhərində keçiriləcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.