DÜNYA


Ermənistan zabitinin etirafı: Azərbaycan Ordusu ilə döyüşdə 400 nəfərlik batalyondan 150-yə yaxını canını güclə qurtardı

Bakı, 30 iyun, AZƏRTAC

Döyüş meydanına əsasən təlim keçməmiş əsgərləri çıxarırdıq. Təkcə bir batalyondakı 400 hərbçidən 150-yə yaxını real ölümdən canını qurtara bildi.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Ermənistan silahlı qüvvələrinin keçmiş batalyon komandiri, müharibə şəraitində hərbi hissəni özbaşına tərk edən İşxan Vahanyanının məhkəməsində şahid qismində dindirilən Vazgen Vardanyan bildirib.

Şahid Vardanyanın rəhbərlik etdiyi batalyonda manqa komandiri olduğunu, komandirin yaralandığını təxmin etdiyini, bundan sonra şəxsi heyəti yüksəklikdən geri çəkdiyini bildirib.

Şahid ittiham prokuroru Qorq Avetisyanın geri çəkilmək əmrini verərkən komanda məntəqəsini məlumatlandırdınmı?, - sualına belə cavab verib: “Buna vaxt olmadı. Düşmən sürətlə hücum edirdi və üstəlik, qərargahla rabitə əlaqələrimiz işləmirdi. Buna görə də qərarı təkbaşına qəbul etməli oldum”.

Məhkəmə sədrinin hansı səbəbdən təlim keçməmiş əsgərlərin döyüşə aparılması ilə bağlı sualına şahidin cavabı belə olub: “Vaxt çatmırdı. Bu, müharibələrdə az-az görünən döyüşlərdən idi. Azərbaycan Ordusunun güclü və dəqiq artilleriya zərbələrindən sonra PUA-ların dəstəyi ilə hücumun yaratdığı mənzərə, sadəcə, dəhşət idi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.