MƏDƏNİYYƏT


Azərbaycanla İran arasında mədəni və humanitar sahədə əməkdaşlığın önəmindən danışılıb

Bakı, 30 iyun, AZƏRTAC

Mədəniyyət naziri Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-ə bildirilib ki, Anar Kərimov iki dost ölkənin qədim tarixə malik münasibətlərinin təməlinin qarşılıqlı etimad üzərində qurulduğunu diqqətə çatdırıb, mədəni və humanitar sahədə əməkdaşlığın önəmindən danışıb.

Dəvət üçün nazirə təşəkkürünü bildirən Seyid İzzətulah Zərqami də öz növbəsində ölkələrimiz arasında tarixən mövcud olan və uğurla davam edən möhkəm dostluq münasibətlərində bu gün kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu vurğulayıb.

Tərəflər, həmçinin işğaldan azad olunmuş tarixi torpaqlarımızda dağıdılmış həm müsəlman, həm də xristian dininə aid məbədlərin eyni həssaslıqla bərpa olunduğunu yüksək qiymətləndiriblər. Mədəniyyət paytaxtımız Şuşanın İslam dünyası üçün kəsb etdiyi yüksək dəyərdən danışıblar. Həmçinin qlobal problemlərdən sayılan islamofobiya ilə mübarizədə birgə əməkdaşlığın önəmi bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.