CƏMİYYƏT


Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibb işçiləri üçün təlim keçirilib

Bakı, 30 iyun, AZƏRTAC

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibb işçiləri üçün təlim keçirilib.

AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, keçirilən tədbir dünyada və Azərbaycanda mövcud epidemioloji vəziyyət barədə məlumat vermək, xəstəxanalar arasında informasiya mübadiləsi aparmaq, insanın immunçatışmazlığı virusu (İİV) indikatorları sayılan xəstəliklər və onların əlamətlərinə dair müzakirələr etmək, tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydalarını aşılamaq məqsədilə təşkil olunub.

Çıxış edənlər İİV qrupu xəstəliklərinin diaqnostikası, müalicəsi və təmasdan sonrakı profilaktika ilə bağlı müfəssəl məlumat verib, tibb müəssisələri arasında əməkdaşlığın yaradılması, müayinələrin götürülməsi, nəqli, göndərilməsi kimi məsələlərə xüsusi maraq göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.