CƏMİYYƏT


Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar əhalinin diqqətli olması tövsiyə edilir

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycanda iyulun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 30-34° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin diqqətli olması tövsiyə olunur. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 33-38° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 35-40° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16° isti, dağlarda 8°-dək isti, gündüz 18-23° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimalı var.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 33-38° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 30-35° isti, dağlarda gecə 17-20°, gündüz 25-30° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.