DÜNYA


Meksikada yerli qəzetin müxbiri güllələnib

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 29-da Meksikanın Tamaulipas ştatının administrativ mərkəzi Syudad-Viktoriya şəhərində “Expreso” qəzetinin jurnalisti güllələnib.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Antonio de la Kruz öz evində qətlə yetirilib. Hücum zamanı yaralanan jurnalistin qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Baş Prokurorluq jurnalistə atəş açılan silahın yalnız hərbçilər tərəfindən istifadə edilən tapança olduğunu bildirib. Qətlin mütəşəkkil cinayətkar qruplaşmalardan biri tərəfindən törədildiyi istisna edilmir.

Tamaulipas narkotik vasitələrin ticarəti ilə məşğul olan kartellərin qaçaqmalçılıq marşrutları üzərində şiddətli mübarizə apardığı ştatlardan biridir. Cinayətkarlıq və korrupsiya haqqında məlumat toplayan yerli jurnalistlərin həyatı xüsusilə risk altında olur.

Antonio de la Kruz ilin əvvəlindən bu yana Meksikada qətlə yetirilən sayca doqquzuncu media işçisidir. 2018-ci ildə isə eyni qəzetin digər jurnalisti Hektor Qonzales də naməlum şəxslər tərəfindən öldürülmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.