MƏDƏNİYYƏT


21 AZƏR HƏRƏKATININ 60 İLLİYİ QEYD OLUNMUŞDUR

AZƏRTAC xəbər verir ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının təşkilatçılığı ilə dekabrın 13-də Mədəniyyət Nazirliyinin İstiqlal Muzeyində 21 Azər hərəkatının 60 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Edinburq Universitetinin (Böyük Britaniya) professoru Qulam Rza Təbrizi, Şuranın KİV-lərin ictimaiyyətlə əlaqə şöbəsinin məsul işçisi Amalya Rzaqızı, muzeyin əməkdaşı Lütfəli Ərdəbili və başqaları tədbirdə çıxış edərək, Cənubi Azərbaycan Milli hökumətinin 1 illik fəaliyyəti dövründə görülən işlərdən, həyata keçirilən islahatlardan ətraflı söhbət açmışlar.

Müğənni Novruz Feyzullayevin ifasında mahnılar səslənmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.