CƏMİYYƏT


21 sentyabr - Beynəlxalq Sülh Günüdür

Bakı, 21 sentyabr, AZƏRTAC

Hər il 21 sentyabr Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Bu tarix BMT Baş Assambleyasının təşəbbüsü ilə Yer üzündə atəş və zorakılıqdan qlobal imtina günü kimi keçirilir. 2017-ci ilin Beynəlxalq Sülh Gününün devizi “Birlikdə sülh uğruna: hörmət, təhlükəsizlik və hamı üçün ləyaqət”dir.

AZƏRTAC xəbər verir ki, 1982-ci ildən qeyd olunmağa başlayan bu tarix BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı təsis edilib. 2015-ci ilin sentyabr ayında Nyu-Yorkda BMT-yə üzv olan 193 ölkənin təmsil olunduğu və müxtəlif ölkə başçılarının iştirak etdiyi sammitdə dayanıqlı inkişafın 17 məqsədi qəbul olunub. 2030-cu ilə qədər ölkələrin bu məqsədlərə çatmaları istiqamətində tədbirlərin görülməsi gündəmdə olan əsas məsələlərdən biridir. Bu tədbirlərin əsasını yoxsulluğun kökünün kəsilməsi, planetin qorunması və ümumi inkişafın təmin olunması təşkil edir.

Qeyd edək ki, Ombudsmanın təşəbbüsü ilə hər il Azərbaycanda 21 avqust-21 sentyabr tarixlərində “Beynəlxalq Sülh Günü” aylığı keçirilir.

Azərbaycan müstəqillik eldə etdikdən sonra BMT “Uşaq haqları” Konvensiyası, “Uşaqların həyatlarının təminatı, müdafiəsi və inkişafı” haqqında Beynəlxalq deklarasiyası və buna uyğun bir sıra beynəlxalq sənədlərə qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.