İDMAN


Günay Məmmədzadə Polşada şahmat festivalında uğurlu çıxışını davam etdirir

Bakı, 1 iyul, AZƏRTAC

Polşada VII şahmat festivalında təmsilçimiz Günay Məmmədzadə uğurlu çıxışını davam etdirir.

AZƏRTAC xəbər verir ki, festivalın qadınlardan ibarət turnirində ölkəmizi təmsil edən beynəlxalq qrosmeyster 6 turun nəticəsinə görə 4,4 xalla turnir cədvəlinə liderlik edir.

Dairəvi sistem üzrə təşkil olunan yarışda şahmatçımızla yanaşı, Mariya Muzıçuk (Ukrayna), Antoaneta Stefanova (Bolqarıstan), Dinara Sadaukassova (Qazaxıstan), İrina Bulmaga (Rumuniya), Alina Kaşlinskaya, Karina Cyfka, Monika Soçko, Oliva Kiolbasa və Joanna Majdan (Polşa) birincilik uğurunda mübarizə aparırlar.

Qeyd edək ki, yarış iyulun 3-də başa çatacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.