REGİONLAR


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib

İsmayıllı, 1iyul, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikamızın şəhər və rayonlarında vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti belə qəbul iyulun 1-də İsmayıllıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın iştirakı ilə keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Ağsu və İsmayıllı rayonlarından olan sakinlərin ərizə, müraciət və təkliflərinə baxılıb.

Qəbuldan öncə Komitə sədri Bahar Muradova və rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.

Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Vətəndaşlar əsasən əlilliyi olan uşaqların müalicəsi, boşanmaların yaratdığı problemlər, uşaq hüquqlarının müdafiəsi, alimentin ödənilməsi və sair barədə müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə həll olunub. Araşdırılmağa ehtiyac olan bir sıra müraciətlər isə qeydiyyata götürülüb, tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan bəzi müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.