REGİONLAR


Sərmayə kapitalı almış qadınların yaşadıqları ünvanlarda monitorinqlər aparılıb

Naxçıvan, 1 iyul, AZƏRTAC

“Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi”, həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” və “Qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihələri çərçivəsində sərmayə kapitalı almış qadınların yaşadıqları ünvanlarda monitorinqlər davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sərmayə kapitalından düzgün istifadə edilməsi ilə bağlı növbəti monitorinqi 4 qadının iş yeri və təsərrüfat sahəsində aparıb.

Müəyyən olunub ki, Naxçıvan şəhər sakinləri Rübabə Əliyeva xalçaçılığı, Güllü İmanova uşaqlara psixoloji xidmət sahəsini, Rəfayə İbrahimova üzümçülüyü, Tovuz Məhərrəmova isə dekorativ tətbiqi sənət və tikmə sahəsini inkişaf etdirmək üçün aldıqları sərmayə kapitalından öz təyinatlarına uyğun istifadə edərək sahibkarlıq fəaliyyətlərini genişləndiriblər.

Monitorinq zamanı heç bir neqativ hal və nöqsana rast gəlinməyib. Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.