İDMAN


Cüdoçularımız Rumıniyada açıq Avropa turnirində mübarizə aparacaqlar

Bakı, 1 iyul, AZƏRTAC

Böyüklər arasında cüdo üzrə açıq Avropa turnirində iştirak edəcək idmançılarımız Rumıniyaya yola düşüblər.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 2-3-də Kluj-Napoka şəhərində keçiriləcək turnirdə Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edəcək. Kişilər arasında cüdoçularımız Rəşad Yelkiyev, Nazir Talıbov (60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov, Tofiq Əliyev, Elçin Hüseynov (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev, Nurlan Osmanov, Zaməddin Poladov (73 kq), Hasil Cəfərov, Kərim Allahverdiyev (81 kq), Murad Fətiyev (90 kq), İmran Yusifov (+100 kq) yarışacaqlar. Qadınların turnirində isə Ramilə Əliyeva (48 kq), Südabə Ağayeva, Günel Həsənli (70 kq) mübarizə aparacaqlar.

Kişilərdən ibarət yığma böyük məşqçi Elçin İsmayılov və məşqçi Mehman Əzizov, qadınlardan ibarət komanda isə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

ACF-in “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.

Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.