CƏMİYYƏT


İranın ölkəmizdəki səfirliyi quru sərhədlərinin iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edib

Bakı, 1 iyul, AZƏRTAC

İranın və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat şöbəsindən məlumat verilib.

“İctimaiyyətin sorğularına və medianın suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik və bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır”, - deyə səfirliyin məlumatında bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.