CƏMİYYƏT


Şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti iyulun 5-dək davam edəcək

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18, arabir 20-23 metr olacaq. İyulun 2-si gündüz yarımadanın bəzi yerlərində arabir 25-28 metr/saniyəyədək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 5-dək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti 15-20, arabir 23 metr/saniyə olacaq. İyulun 2-də ayrı-ayrı yerlərdə arabir saniyədə 25-30 metrədək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.