CƏMİYYƏT
“Gənclərin hüquqlara çıxışı adlı təlim və ləyaqətlər ölkəsinə xoş gəlmisiniz” adlı sosioloji oyun təşkil edilib
Bakı, 1 iyul, AZƏRTAC
Xəzər rayonunda "Gənclərin hüquqlara çıxışı adlı təlim və ləyaqətlər ölkəsinə xoş gəlmisiniz" adlı sosioloji oyun keçirilib.
Xəzər Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, oyunun məqsədi insan hüquqları təhsili vasitəsilə sosial hüquqların gənc mütəxəssislərə öyrənilməsi və onların vasitəsilə daha da geniş kütləyə çatdırılmasından ibarət olub.
Gənclər və İdman Nazirliyinin və Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə keçirilən “Gənclərin hüquqlara çıxışı” adlı layihədən faydalanaraq Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyunun 30-da Xəzər Gənclər Evində rayonun sosial həyatında aktiv olan gənc dövlət qulluqçuları və müəllimləri arasında “Gənclərin hüquqlara çıxışı adlı təlim və ləyaqətlər ölkəsinə xoş gəlmisiniz" adlı sosiolojı oyun keçirilib.
Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tədbir iştirakçılarını salamlayıb, oyunun mahiyyəti haqqında iştirakçılara məlumat vermiş və uğurlar arzu edib.
Sonra İdarənin baş məsləhətçisi Dilşad Nuriyeva bu tip layihələrin əhəmiyyəti barədə məlumat verib və gənc mütəxəssislərin iştirakçılığının daha da artırılması, qərarlara təsir etmə istiqaməti üzrə müzakirələr aparıb.