MƏDƏNİYYƏT


Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin təbliğində rol oynayacaq layihələr ətrafında fikir mübadiləsi aparılıb

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də mədəniyyət naziri Anar Kərimov fəaliyyət müddəti bitməkdə olan Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyini qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında mədəni əməkdaşlıq, gələcəkdə əlaqələrin inkişafına töhfə verə biləcək, xalqlarımızın mədəni irsinin təbliğində rol oynayacaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Nazir səfirə fəaliyyət müddəti ərzində nazirlik tərəfindən həyata keçirilən bütün təşəbbüslərdə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Mədəniyyət sahəsində əməkdaşlığın davamlı inkişafına inamını ifadə edib.

A.Kərimov ölkəmiz tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından söz açıb. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır.

Qəbula görə təşəkkürünü bildirən səfir Viktor Szederkenyi də öz növbəsində Macarıstanla Azərbaycan arasında mədəni əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətindən, mədəniyyət sahəsində əməkdaşlığın önəmindən söz açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.