İDMAN


“Gəncə” idman klubunun İdarə Heyətinin sədri Türkiyənin Gəncə şəhərindəki baş konsulu ilə görüşüb

Bakı, 2 iyul, AZƏRTAC

“Gəncə” idman klubunun İdarə Heyətinin sədri Elvar Osmanov Türkiyənin Gəncə şəhərindəki baş konsulu Zəki Öztürk ilə görüşüb.

Klubdan AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Osmanov Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib.

Qeyd olunub ki, 2020-ci ildən fəaliyyətə başlayan klub özündə bir neçə idman növünü birləşdirir. Hazırda klubun bazasında əsaslı təmir-bərpa işləri həyata keçirilir. Yaxın günlərdə bazanın açılış mərasimi təşkil olunacaq.

Konsul Azərbaycanda idman sahəsində əldə olunan uğurları yüksək qiymətləndirib, qardaş şəhərlər olar olan Gəncə və Sivas arasında idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Gələcəkdə qarşılıqlı təlim-məşq toplanışlarının təşkilinin vacibliyi diqqətə çatdırıb.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsindən sonra konsula klubun xatirə hədiyyəsi təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.