REGİONLAR


Sumqayıtda Qurban bayramı günlərində fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerləri müəyyənləşib

Sumqayıt, 2 iyul, AZƏRTAC

Sumqayıtda Qurban bayramında fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə iyulun 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə Sumqayıt şəhərində iki ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Belə ki, şəhərin İnşaatçılar küçəsi 61A və Cerkassı küçəsi 46 məhəllə ərazisində məntəqələr fəaliyyət göstərəcək.

Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq.

Şəhər sakinləri bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd edilən ünvanlarda xidmət göstərəcək məntəqələrdən yararlana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.