İQTİSADİYYAT


“EnterpriseAzerbaijan.com” portalı beynəlxalq tədbirdə təmsil olunub

Bakı, 2 iyul, AZƏRTAC

“EnterpriseAzerbaijan.com” portalı Asiya İnkişaf Bankı və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının təşəbbüsü ilə keçirilən startap ekosistemlərində çoxmissiyalı təşkilatların roluna həsr olunan tədbirdə təmsil olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, görüşün moderatoru Asiya İnkişaf Bankının rəqəmsal transformasiya və startap ekosistemləri üzrə mütəxəssisi Arndt Husar CAREC rəqəmsal strategiyasına əsasən resurs mübadiləsi, etibarlı informasiya şəbəkəsinin inkişafı, startap ekosisteminin yaradıcıları və maraqlı tərəflər arasında əlaqələrin qurulması üçün startap xəritəsinin mühüm rol oynayacağını deyib. Daha sonra startap və innovasiya ekosisteminin yaxşılaşdırılması üçün əməkdaşlıq imkanları, regional və beynəlxalq mentorluğun vacibliyi, çoxmissiyalı təşkilatların təşəbbüsləri və investisiya imkanları müzakirə olunub.

İİTKM-nin departament rəhbəri Vüsalə Cəfərova Azərbaycanda startaplar üçün akselerator dəstəyi və investisiyaların cəlb olunmasında “EnterpriseAzerbaijan.com” portalı tərəfindən göstərilən xidmətlər və ölkə təcrübəsi barədə iştirakçılara məlumat verib.

Görüşdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Dünya Bankı və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının nümayəndələri təqdimat ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.