ELM VƏ TƏHSİL


BDU-nun “Web of Science” bazasında indekslənən daha bir elmi jurnalın təsir əmsalı yüksəlib

Bakı, 2 iyul, AZƏRTAC

“Clarivate Analitics” Beynəlxalq İnformasiya Agentliyinin bu günlərdə açıqlanan hesabatına əsasən, Bakı Dövlət Universitetinin (BDU) "Web of Science" bazasında indekslənən “TWMS Journal Pure and Applied Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 1.892-dən 2.722-ə qədər yüksəlib. Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru 1.846 təşkil edir.

Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, jurnal dünyada riyaziyyat kateqoriyası üzrə “Web of Science” bazasında indekslənən 332 beynəlxalq nəşr arasında 17-ci, Avropada isə 9-cu yerdə qərarlaşıb. Jurnalın redaksiya heyətinə dünyanın 18 ölkəsindən 49 görkəmli alim daxildir. Jurnalın indiyə qədər nəşr olunmuş 25 nömrəsində 250-dən artıq məqalə dərc edilib.

Qeyd edək ki, 2015-ci ildə jurnal “Clarivate Analitics” Beynəlxalq İnformasiya Agentliyinin “Emerging Sources Citation Index“ və 2020-ci ildə isə “Science Citation Index Expanded” istinad indekslərinə daxil edilib. Jurnalda dərc olunan məqalələr “MatReviews”, “Zentrablatt” və “VINITI” kimi bazalarda arxivlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.