CƏMİYYƏT


Yaz gursululuq dövründə respublika çaylarında 40 sel-daşqın hadisəsi qeydə alınıb

Bakı, 2 iyul, AZƏRTAC

Son onilliklərdə quraqlığın davamiyyəti artır. Bununla yanaşı, çox qısa dövr ərzində həddən artıq çox - yarımaylıq norma miqdarında yağıntı düşür və nəticədə çaylarda sel-daşqın hadisələri təkrarlanır.

Bu ilin iyun ayı ərzində respublikanın əsasən şimal və qərb rayonlarında qeydə alınan çox qısamüddətli, lakin intensiv leysan yağışlar nəticəsində çaylarda 18 sel-daşqın hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəisinin sözlərinə görə, əgər ötən illərdə iyun ayında cəmi 3-5 daşqın hadisəsi qeydə alınırdısa, bu ilin iyununda 18 belə hadisə müşahidə olunub.

“Ümumiyyətlə daşqınların il ərzində paylanmasını təhlil etsək, çoxillik statistik məlumatlar göstərir ki, sel-daşqın hadisələrin sayı dəfələrlə artıb. 1966-cı ildən bu ilə qədər dəyişmə tendensiyasına baxsaq, əgər 2000-ci illərə qədər ildə cəmi 2-5 daşqın hadisəsi baş verirdisə, son onilliklərdə kəskin artım müşahidə olunur. Ötən il çaylarda 41 sel-daşqın hadisəsi qeydə alınıb. Bu il üç ay ərzində, yəni yaz gursululuq dövrü ərzində 40 sel-daşqın hadisəsi müşahidə olunub. Payız gursululuq dövrü isə hələ qarşıdadır”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.