SİYASƏT


Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin nümayəndələri Şuşanın görməli yerləri ilə tanış olublar

Şuşa, 3 iyul, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə iyulun 3-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin nümayəndələri işğaldan azad olunmuş ərazilərdə yol boyu aparılan quruculuq və abadlıq işlərinin şahidi olublar.

AZƏRTAC xəbər verir ki, Şuşanın görməli yerlərini ziyarət edən qonaqlar şəhərin Qala divarlarını seyr ediblər. Şəhər Meydanına gələn nümayəndələrə Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.

Şuşa şəhərində gəzinti zamanı qonaqlar ermənilərin tarixi və mədəniyyət abidələrimizə vurduqları ziyan barədə də məlumatlandırılıb.

Sonra qonaqlar Cıdır düzündə olublar. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.