CƏMİYYƏT


Suraxanıda bıçaqlanma hadisəsi baş verib

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-ü saat 18 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanın paytaxtın Suraxanı rayonu ərazisində yaşadığı ünvanda xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1978-ci il təvəllüdlü Sahil Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Əliyarovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.