ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 14 min 873 müraciət daxil olub

Bakı, 4 iyul, AZƏRTAC

İyun ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 14 min 873 müraciət daxil olub.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 min 529 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 min 653 vətəndaş müraciət edib.

İyun ayında BŞTİ-yə 1 900 sənəd (vətəndaşlar tərəfindən 579 ərizə, Təhsil Nazirliyindən 331, digər qurumlardan 186, məktəblərdən 351 məktub və 453 kadr ərizəsi) daxil olub. Həmçinin 791 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, birinci sinfə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.