CƏMİYYƏT


Dörd qadının bank hesabından dələduzluq yolu ilə pul çıxaran Gədəbəy sakini saxlanılıb

Bakı, 4 iyul, AZƏRTAC

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini olan dörd qadının bank hesabından dələduzluq yolu ilə müxtəlif vaxtlarda pul çıxarmaqda şübhəli bilinən Gədəbəy rayon sakini O.Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun daha bir qadının bank hesabından 1000 ABŞ dolları oğurlaması da polis əməkdaşları tərəfindən müəyyən olunub.

Faktla bağlı təhqiqat davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.