İDMAN


Futbol üzrə Afrika Millətlər Kuboku yarışı 2024-cü ilin yanvarına təxirə salınıb

Bakı, 4 iyul, AZƏRTAC

2023-cü ilin iyun-iyul aylarında Fil Dişi Sahilində keçirilməsi planlaşdırılan futbol üzrə Afrika Millətlər Kuboku yarışı təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qitə birinciliyi əlverişsiz hava şəraitinə görə 2024-cü ilin yanvar və fevral aylarına təyin edilib.

İyunda Fil Dişi Sahilinin ən böyük şəhəri Abidjanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 5 nəfər həlak olub. İyun ənənəvi olaraq ilin ən yağışlı ayı hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.