Veb-saytların müxtəlif axtarış sistemlərində tanınması üsulları araşdırılır
AzerTAg.az
Bakı, 4 iyul, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Veb-saytların müxtəlif axtarış sistemlərində tanınması üsulları” mövzusunda məruzə dinlənilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Aqşin Paşayev axtarış sistemləri haqqında məlumat verərək, onların istifadəçiyə təqdim etdiyi nəticələrə görə bir-birindən fərqləndiyini bildirib. Qeyd edib ki, axtarış sistemlərinin fəaliyyəti skan etmə, indeksləmə və reytinq prinsiplərinə əsaslanır.
A.Paşayev bildirib ki, indeksləmə mərhələsi axtarış sisteminin skan etdiyi məzmundan istifadə edib-etməməsinə qərar verir. Skan edilmiş veb-səhifə axtarış sistemi tərəfindən yararlı kontent hesab edilərsə, verilənlər bazasına əlavə edilir və saxlanılır. Adətən, unikal və dəyərli məzmun təklif edən əksər veb-səhifələr bu bazalarda indeksləşə bilir.
Sonra tədqiqatçı axtarış sistemlərinin optimallaşdırılması (Search Engine Optimization – SEO) prosesindən bəhs edib. O, SEO-nun ən çox istifadə olunan texniki, səhifədə və səhifədənkənar növləri barədə məlumatı seminar iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbərin mətnində orfoqrafik səhv var