DÜNYA


Gürcüstanda illik inflyasiyanın səviyyəsi 12,8 faiz artıb

Tbilisi, 5 iyul, AZƏRTAC

Cari ilin iyun ayında Gürcüstanda inflyasiyanın artım səviyyəsi may ayı ilə müqayisədə 0,2 faiz, illik inflyasiyanın səviyyəsi isə 12,8 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilir ki, 2021-ci illə müqayisədə ərzaq və alkoqolsuz içkilərin qiyməti 21,8 faiz artıb.

Çörək və çörək məhsulları, 35 faiz, tərəvəz 33,4 faiz, meyvə və giləmeyvə 31,8 faiz, mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr 24 faiz, süd, pendir və yumurta 19,5 faiz, qəhvə, çay və kakao 18 faiz, balıq 17,9 faiz, şəkər, mürəbbə və digər şirniyyatlar 16 faiz, yağ və piy 14,9 faiz, ət və ət məhsulları 11,3 bahalaşıb.

Bununla yanaşı, nəqliyyat qrupunda qiymətlərdə 19,4 faiz, -mənzil, su, işıq və təbii qazın istehlak qiymətlərində 13 faizlik artım qeydə alınıb.

Bununla belə iyun ayında kök, limon, banan, sarımsaq, bibər və armudun qiyməti 0,7 faizdən 9,6 faizədək ucuzlaşıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.