MƏDƏNİYYƏT


“Şuşa İli” ilə əlaqədar videoməlumat hazırlanıb

Bakı, 9 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası tərəfindən “Şuşa İli” ilə əlaqədar videoməlumat hazırlanıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoməlumatda kitabxananın əməkdaşı tərəfindən Şuşa haqqında geniş məlumat verilib. Bildirilib ki, 1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulan qədim keçmişə malik Şuşa tarixdə silinməz iz qoyub. Lakin qədim Şuşamız 1992-ci ildə ermənilər tərəfindən işğal olunub. Yenilməz Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.